Avropalı ekspertlərin narahatlığı: Çin avtomobilləri bazarı çökdürə bilər - FOTO

Avropa İttifaqında Çin elektromobilləri 35+10 faizlik gömrük rüsumu tətbiq etməsi bu ölkənin istehsalı olan maşınların bazara girişinə ciddi baryer yaratmayıb.
Avtosfer.az xəbər verir ki, indi Çindən “köhnə qitəyə” hibrid, xüsusən də doldurulabilən hibridlər (PHEV) kütləvi şəkildə ixrac edilir. Bu ixrac strategiyası isə özünü doğruldub. Bu maşınların Avropaya ixracında 2024-cü ildə 20 faiz artım qeydə alınıb. İyul-oktyabr aylarında Avropaya 66 min ədəd PHEV tədarük edilib. Gələn il ixracın daha da böyüyəcəyi gözlənilir. Çünki bu texnikaya Avropada rüsum çox cüzidir.
Çinin doldurulabilən hibridləri aşağı qiymətə görə Avropa bazarında yer tuta bilib. Məsələn BYD-in təqdim etdiyi “Seal U DM-I” Avropada 36 000 avroya təklif olunur. Bu, “Tiguan”dan 700 avro, “Toyota”nın ən ucuz hibridindən isə 10 faiz daha aşağı qiymətdir.
Artıq indidən avropalı ekspertlər həyəcan təbili çalırlar. əgər BYD 20 min avroya “Qin PLus” modelini Avropa bazarına təqdim etsə, bazar çökəcək.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













