Avtomobil satışları AZALIR - Yanacaqla işləyən avtomobillərə ...

Avropanın avtomobil bazarındakı böhran İtaliyaya da təsirsiz ötüşmür.
Belə ki, 2024-cü ildə İtaliyada avtomobil satışları azalıb.
Avtosfer.az xəbər verir ki, ötən il İtaliyada 1,55 milyon yeni avtomobil qeydiyyata alınıb. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 0,5 faiz, pandemiya dövründən əvvəlki illərə görə isə 18,7 faiz azdır. Təkcə dekabrda ölkədə 105 min 715 avtomobil qeydiyyata alınıb, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azdır.
İl ərzində İtaliyanın avtomobil brendlərinin satışlarında azalma müşahidə olunub.
Ən çox üstünlük verilən avtomobillər isə yenə də ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələri olub. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, Avropa İttifaqının 10 ildən sonra görmək istədiyi “sıfır emissiyalı” avtomobillərin yanacaqla işləyən avtomobilləri tamamilə əvəz etməsi uzaq görünür.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












