Avtomobildə əhəmiyyət verilməyən təhlükəli nasazlıqlar

Avtomobildə bəzi nasazlıqlar ya gözlə görünmür, ya da sürücü buna əhəmiyyət vermir. Lakin bu nasazlıqlar ağır qəza ilə nəticələnə bilər.
Avtosfer.az xəbər verir ki, bunlardan ən başda gələni korroziyadır. Avtomobilin xarici səthində korroziya estetikanı pozsa da, ciddi təhlükə yaratmır. Lakin görünməyən hissələrdə baş verən korroziya qəza vaxtı çox ciddi nəticələrə səbəb ola bilər. Belə ki, qovşaqlarda baş verən korroziya qəza vaxtı təkərin, mühərrikin və ya sürət qutusunun qopub düşməsi ilə nəticələnir. Bunun fəsadlarını da ayrıca yazmağa lüzum yoxdur.
Texniki mayelərin azlığı
Sürücülərimiz təəssüf ki, istismar mayelərindən yalnız benzinin səviyyəsinə fikir verirlər. Lakin benzinin qurtarması digər mayelərlə müqayisədə çox da faciəvi deyil. Əyləc mayesinin səviyyəsi azaldıqda tormoz effektli olmur. Mexaniki transmissiyalı avtomobillərdə muftanın mayesi azaldıqda ötürməni dəyişmək ya çətin, bəzən də qeyri-mümkün olur. Soyuducu mayenin azlığı nəticəsində mühərrik sıradan çıxaraq sürücünü bir neçə min manat xərcə sala bilər. Eyni hal transmissiya sistemindəki mayelərə də aiddir.
Yanacaq sızması
Yanacaq sızmasından yarana biləcək təhlükə barədə uzun danışmağa ehtiyac yoxdur. Hansısa sürücü bunu gözlə görsə yanğın riskinə görə dərhal tədbir görəcək.
Lakin elə hallar da olur ki, sızma qapalı şəraitdə baş verir və bunu hiss etmək mümkün olmur. Yanacaq çəninin deşilməsi və ya magistralda hermetikliyin pozulması bəzən kənardan görünməyən sızmalara səbəb olur. Bu da yay aylarında xüsusilə təhlükəlidir.
Təkərin zədə alması
Protektorun naxışlarının yerində olması hələ təkərin normal olması demək deyil. Bəzən hansısa çuxurdan keçərkən, mismar və ya kəsici əşyanı tapdalayarkən təkər ciddi zədə ala bilər. Belə təkərlər birbaşa təhlükə mənbəyidir. Bu səbəbdən təkərlər vaxtaşırı olaraq gözdən keçirilməli, şiş və ya zədə varsa yenilənməlidir.
Vüqar
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10










