Avtomobilə yanlış yanacaq doldurmaq hansı detallara ziyan vurur? – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Sürücülər bəzən avtomobillərini qorumaq üçün müxtəlif yollara əl atırlar. Buna baxmayaraq, bəzən hətta kiçik səhvlər böyük problemlərə gətirib çıxarır. Dizellə işləyən avtomobilə benzin doldurmaq və ya əksinə, benzin mühərrikli avtomobilə dizel yanacağı əlavə etmək avtomobilin mühərrik sisteminə zərər vurur. Hətta “Avro Dizel” əvəzinə adi dizel yanacağının doldurulması da yanacaq sistemində problemlərə yol aça bilər.
Avtosfer.az xəbər verir ki, bu cür hallarla qarşılaşan sürücülər avtomobili işə salmadan əvvəl yanacaq növündə səhv olduğunu aşkar etsələr, vəziyyəti daha az itki ilə həll edə bilərlər. Avtomobil servisə aparılıb yanacaq sistemi təmizləndikdə, problem aradan qaldırılır. Lakin avtomobil işə salındıqdan sonra səhv yanacaq doldurulduğu başa düşülsə, bu, daha ciddi maliyyə xərclərinə və mühərrik sisteminin zədələnməsinə səbəb ola bilər.
Dizel mühərrikli avtomobilə benzin doldurularsa, nə baş verir?
Dizel mühərriklərində yüksək təzyiqli forsunkalar mövcuddur və onlar yanacağı püskürdür və sıxılma nəticəsində alışma baş verir. Benzin dizel yanacağına nisbətən daha az yağlı olduğu üçün mühərrikin lazımi şəkildə yağlanmasını təmin etmir. Bu, mühərrik detallarının sürətlə aşınmasına və ciddi zədələrə səbəb ola bilər.
Benzinlə işləyən avtomobilə dizel doldurularsa, nə baş verir?
Dizel yanacağı struktur baxımından daha ağır, qatı və yağlıdır. Benzin mühərrikində dizel yanacağı avtomobilin işə düşməsinə mane olacaq. Dizelin yanma prosesi benzindən daha uzun davam etdiyi üçün mühərrikdə çətinliklər yaranacaq. Avtomobil bir müddət işlədikdən sonra səsboğandan tüstü tüstü çıxa və mühərrikin gücü kəskin şəkildə azala bilər. Nəticədə, yanacaq sistemi sıradan çıxa bilər və onun təmizlənməsi, hətta bəzi hissələrinin dəyişdirilməsi zərurəti yarana bilər.
Yanlış yanacaq doldurulmasına qarşı tədbirlər: Yanlış yanacaq doldurmaq riskini azaltmaq üçün sürücülər diqqətli olmalıdırlar. Yanacaq doldurduqdan sonra ödəniş qəbzini yoxlamaq bu səhvdən qaçmağa kömək edə bilər. Əgər avtomobilinizə yanlış yanacaq vurulması hiss edirsinizsə, mühərriki işə salmadan dərhal yanacaqdoldurma məntəqəsinin əməkdaşlarına və ya servisinə müraciət edin.
Yanlış yanacaq doldurulmasına kim məsuliyyət daşıyır?
İstehlakçı Hüquqları haqqında qanuna əsasən, yanlış yanacaq yüklənməsi nəticəsində yaranan ziyana görə yanacaqdoldurma məntəqəsi məsuliyyət daşıyır. Bu məsələni sübut etmək üçün avtomobilə texniki baxış keçirilməli və yanacağın həmin stansiyadan alındığını təsdiqləyən qəbz təqdim edilməlidir. Əgər məntəqənin səhlənkarlığı sübuta yetirilərsə, nəqliyyat vasitəsi sahibinə dəymiş ziyan qarşılanır.
Eltac Zülfüqaroğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












