Avtomobili 15 dəqiqəyə sənədləşdirmək olur: Polisə getmədən nömrə də almaq mümkündür

Ukraynada bu gündən etibarən avtomobillərin onlayn alqı-satqı sistemi işə düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski məlumat verib.
Rəsmi medianın xəbərinə görə, alqı-satqı müqaviləsinin tərtibi “Дія” portalı vasitəsi ilə həyata keçirilir. Elektron müqavilə və ərizə DİN-in servis mərkəzinə göndərilir. Müsbət cavabdan sonra nömrə nişanı və qeydiyyat şəhadətnaməsi avtomobil sahibinin ünvanına poçtla yollanır. Bütün ödənişlər onlayn həyata keçirilir. Proses 10-15 dəqiqə çəkir.
Lakin bir məsələ də var: proqram vasitəsi ilə hər ukraynalı ildə yalnız 1 avtomobil sata bilər.
Satış mərkəzlərinə gəldikdə isə, onlar artıq uzun müddətdir sənədləşməni ofisdə aparır, müştərinin polisə getməyinə zərurət yoxdur. Üstəgəl, bu əməliyyatlar zamanı notarial hərəkətə də ehtiyac aradan qalxıb. Müştəri satış müqaviləsində sənədləşməni dilerə və ya distribütora həvalə etdiyini qeyd edir, vəssalam.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














