Avtomobillər bu siniflərə bölünür – TƏSNİFAT - FOTO

Son 100 ildə avtomobillərin müxtəlif qruplar üzrə təsnifatı aparılıb. Lakin bunlardan ən populyarları Avropa və ABŞ-da aparılan təsnifatdır.
Avtosfer.az xəbər verir ki, Avrasiya regionunda, o cümlədən Azərbaycanda Avropa təsnifatı daha geniş yayılıb. Bu təsnifatda avtomobilin qiyməti və mühərrik həcmi deyil, ölçmüsü əsas götürülür. Bu təsnifata görə minik avtomobilləri A, B, C, D, E, F, S, J və M siniflərinə bölünür.
A — mini avtomobillər (2,6 - 3,7 m);
Kia Picanto,
Smart Fortwo,
Fiat 500,
Fiat Panda,
Volkswagen Up!.
B — kiçik avtomobillər (3,7 - 4,2 m);
Renault Clio,
Renault Sandero,
Peugeot 208,
Opel Corsa,
Volkswagen Polo.
C — orta ölçülü avtomobillər (4,2 – 4,6 m);
Volkswagen Golf,
Skoda Octavia,
Toyota Corolla,
Renault Megane,
Opel Astra.
D — tam ölçülü avtomobillər (4,6 -4,8 m);
BMW 3-й серии,
Audi A4,
Mercedes-Benz C-класса,
Volkswagen Passat,
Volkswagen Arteon.
E — biznes sinfi avtomobillər (4,8 metrdən yuxarı);
BMW 5 seriyası,
Audi A6, A7,
Mercedes-Benz E, CLS,
Volvo S90,
Lexus ES, GS,
F — hökumət avtomobilləri (xüsusi təchizatlı avtomobillər);
Mercedes-Benz S,
BMW 7,
Audi A8,
Lexus LS,
Rolls-Royce Ghost.
S — idman avtomobilləri (kupe, rodster, kabriolet və s.);
Porsche 911,
Porsche 718 Boxster/Cayman,
Nissan GT-R,
Honda NSX,
Ford Mustang.
M — çoxfunksiyalı minivenlər və kommersiya avtomobilləri
Ford C-Max,
Opel Meriva,
Volkswagen Touran,
Citroen C3/C4 Picasso,
Renault Scenic.
J – krossoverlər, yüksək keçidli avtomobillər, SUV.
Lada Niva,
Suzuki Vitara,
Nissan Qashqai,
Kia Sportage,
Toyota Land Cruiser,
УАЗ Патриот.
Pikaplar adətən heç bir kateqoriyaya aid edilməyib, ayrıca təsnif edilir. Bu tip texnikanın əsas istehsalçıları ABŞ və Yaponiyadır. Bunlar Avropada minik deyil, aztonajlı yük avtomobili kimi qəbul edilir.
Mitsubishi L200,
Toyota Hilux,
Ford Ranger,
Ford F-150,
Dodge Ram.
Bir vacib məqama da diqqət yetirmək lazımdır. Avtomobil modellərinin adlandırılmasındakı hərflər bəzən çaşdırıcı ola bilər. Məsələn, Azərbaycanda taksi sürücülərin sevimlisi olan Mercedes C 200 Avropa təsnifatına görə D sinfinə aiddir. Eynən də Volvo S60.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















