Avtomobillərin günəş şüasından qızması əleyhinə texnologiya yaradılır - FOTO

Yaponiyanın avtomobil nəhəngi “Nissan” günəş altında avtomobillərin həddindən artıq qızmasının qarşısını alacaq innovativ texnologiya üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, şirkət yeni inkişaf etdirdiyi xüsusi "soyuq boya" vasitəsilə avtomobil salonlarını daha sərin saxlamağı hədəfləyir. Bu isə gələcəkdə kondisionerə olan ehtiyacı azalda bilər.
Məlum olduğu kimi, yay aylarında birbaşa günəş işığına məruz qalan avtomobillərin daxili temperaturu kəskin şəkildə yüksəlir. Arizona Dövlət Universiteti və “UC San Diego” Tibb Məktəbi tərəfindən aparılan araşdırmalara əsasən, avtomobilin idarəetmə paneli günün isti saatlarında 70 dərəcəyə qədər qızır.
Yeni texnologiyada istifadə edilən boya iki mikrostruktur hissəciklərindən ibarət metamaterial əsasında hazırlanıb. Bu xüsusi quruluş yaxın infraqırmızı şüaları bloklayır və əks etdirir, beləliklə də günəş istiliyinin avtomobilə keçməsinin qarşısını alır. Eyni zamanda boya səthdə yığılan istiliyi elektromaqnit dalğalarına çevirərək yenidən kosmosa əks etdirir. Bu da avtomobilin xarici və daxili temperaturunun aşağı düşməsinə səbəb olur.
Test nəticələri ümidvericidir. “Nissan” bildirir ki, bu xüsusi boya avtomobillər birbaşa günəş işığı altında uzun müddət saxlanıldıqda daha effektiv nəticə göstərir. Aparılan sınaqlarda "soyuq boya" ənənəvi avtomobil boyasına nisbətən avtomobilin səth temperaturunu 12 dərəcə, salonun daxili temperaturunu isə 5 dərəcə aşağı səviyyədə saxlayıb.
Yanacaq sərfiyyatı və enerji itkisi də azalacaq
2024-cü ilin avqust ayında Tokio Beynəlxalq Hava Limanında keçirilən açıq hava sınaqları göstərib ki, bu texnologiya kondisionerdən istifadəni əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə, xüsusilə elektrikli avtomobillərdə enerji sərfiyyatının və akkumulyator yüklənməsinin optimallaşdırılmasına töhfə verəcək.
Hazırda yeni ağ rəngli boya test mərhələsindədir və geniş tətbiqi üçün sınaqlar davam etdirilir. Mütəxəssislər bu texnologiyanın gələcəkdə avtomobil sənayesində əhəmiyyətli dəyişikliklərə səbəb ola biləcəyini bildirirlər.
Eltac Zülfüqaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












