“AvtoVaz” gələn həftə də işləməyəcək

Rusiyanın ən iri avtomobil istehsalçısı “AvtoVaz” elektron hissələrin çatışmazlığı ilə əlaqədar olaraq mayın 30-dan iyunun 3-nə qədər də istehsalı dayandıracaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu ay Tolyati və İjevskdəki zavodlarda bir dənə belə avtomobil istehsal edilməyib.
“AvtoVaz” yarımkeçiricilərin defisiti ilə əlaqədar ötən ilin ortalarından dəfələrlə istehsalı dayandırıb. Bu ilin yazından isə təchizatla bağlı vəziyyət daha da pisləşib. Bununla əlaqədar adətən yay aylarına təsadüf edən korporativ tətilin vaxtı irəli çəkilərək aprelə keçirildi. Məqsəd həmin dövrdə kifayət qədər ehtiyat yaratmaqla zavodların sabit istehsalını təmin etmək idi. Lakin tətildən və may bayramlarından (30 aprel -11 may arası) sonra “AvtoVaz” 11-13 may, 16-20 may və 23-27 mayda istehsalı dayandırmalı olub.
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












