Azərbaycanda səsli idarəetmə funksiya ilə yenilənmiş Haval H6 satışa çıxdı - FOTOLAR

GWM avtomobillərinin Azərbaycandakı rəsmi distribyutoru "Azerbaijan Automobiles" ASC əfsanəvi Haval H6 krossoverinin dərin restaylinqdən keçmiş və texnoloji yeniliklərlə təchiz edilmiş yeni versiyasının satışa çıxdığını elan edib. Əsas yeniliklərdən biri səsli idarəetmə sisteminin tətbiqidir.
Bununla yanaşı, modelin qiyməti dəyişməz qalıb - 45 900 AZN-dən başlayaraq.
![]()
Müasir texnologiyalar və qənaətcil performans
Yeni Haval H6 hibrid güc qurğusu ilə təchiz olunub:
· 1,5 litrlik turbo benzin mühərriki
· SVolt istehsalı yüksək effektiv batareya
· Ümumi güc: 243 a.g., fırlanma anı: 530 Nm
İntellektual DHT (Dedicated Hybrid Transmission) transmissiyası elektrik, hibrid və benzin rejimləri arasında hamar keçid təmin edir. Yanacaq sərfiyyatı 100 km-ə 5,2 litr. Avtomobil AI-92 və daha yüksək oktanlı benzinlə işləyə bilir.
Model innovativ L.E.M.O.N. platformasında qurulub ki, bu da yüngül konstruksiya, yüksək təhlükəsizlik və möhkəmlik təmin edir.
Dizayn və təchizat
Yenilənmiş Haval H6 aşağıdakı dəyişikliklərə malikdir:
· böyüdülmüş kuzov uzunluğu
· yenilənmiş ön və arxa işıq optikası
· yeni radiator barmaqlığı və bamperlər
· interyer və eksteryer üçün yeni rəng variantları
· daha rahat tutumlu sükan çarxı
· GWM-in yeni loqosu
![]()
Salon yenilikləri:
· yeni ötürücü seçici qolu
· 14,6 düymlük böyüdülmüş multimedia ekranı
· təkmilləşdirilmiş cihaz paneli və mərkəzi tunel
· 50 Vt gücündə havalandırmalı simsiz telefon enerjiləndirici
· sürücü oturacağı üçün üç yaddaş rejimli "memory" paketi
· Android Auto və Apple CarPlay-ə simsiz qoşulma
![]()
Ağıllı funksiyalar
Yenilənmiş proqram təminatı səsli idarəetmə funksiyasını dəstəkləyir. Bu sayədə sürücü yolda diqqətini yayındırmadan avtomobilin bir çox funksiyasına nəzarət edə bilir.
Funksiya Azərbaycana rəsmi gətirilən bütün avtomobillərdə mövcuddur.
Zəmanət və satış şərtləri
"Azerbaijan Automobiles" ASC müştərilər üçün əlverişli şərtlər təklif edir:
· ilkin ödəniş - 10%-dən başlayaraq
· kredit və ya lizinq müddəti - 60 ayadək
· hibrid xətt üçün zəmanət: 8 il və ya 160 000 km
Əlaqə və test-yürüşü
Ünvan: Bakı ş., Babək prospekti 282
Telefon: *7999 / +994 55 678 24 24
WhatsApp: +994 55 678 24 24
Sayt: haval.gwm.az
Test-sürüş üçün qeydiyyat: gwm.az/test-drive
Haval H6 - Azərbaycanda rahat və təhlükəsiz sürüş üçün müasir texnologiyaların, yüksək təhlükəsizlik səviyyəsinin və cəlbedici qiymətin ideal vəhdəti.
![]()
![]()
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO








