Azərbaycanlı sürücülük imtahanında fransızları heyrətə saldı

Bu günlərdə Fransada yaşayam bir tanışım sosial şəbəkədə böyük həvəslə bir xəbər paylaşdı. O, sürücülük üzrə nəzəri imtahanı beşinci cəhddə verməyə nail olmuşdu. Kiçik işdirmi? – Fransa reallığında yox.
İmtahandan çıxan tanışımın Azərbaycandan Fransaya cəmi 5 il əvvəl gəldiyini, burada dil öyrəndiyini bilən iddiaçılar onu təbrik ediblər. Hətta bir fransız bildirib imtahanı 28-ci dəfəyə verə bilib.
Tanışım 40 nəzəri sualdan 35-nə (minimal keçid balı) doğru cavab verə bilib. 8 aydır hazırlaşan tanışım əvvəlki imtahanlarda 33-34 bal toplaya bilib. Indi isə praktik imtahana hazırlaşır.
Tanışım deyir ki, Azərbaycanda sürücülük vəsiqəsi alsa da, orada leqallaşdıra bilməyib. Bakıdakı imtahan isə Fransadakına əsla bənzəmir. Fransadakı imtahanda ekoloji və təhlükəsiz sürüş, yanacağa qənaət və sair kimi bizdə olmayan suallar qoyulur.
Bəli, boş yerə demirlər ki, Fransada elmi dərəcə almaq sürücülük vəsiqəsi almaqdan daha asandır. Ya da ən bahalı diplom sürücülük vəsiqəsidir. İndi tanışım praktik imtahana hazırlaşır. Bu imtahan nə az, nə çox 32 dəqiqə davam edir.
Mən də vəziyyəti nəzərə alaraq Fransada sürücülük vəsiqəsi imtahanına düşən bir neçə nəzəri sualı tərcümə etmək qərarına gəldim:
1. Faraların işığının yüksəkliyini nizamlayan çeviricini göstərin.
2. Şüşəsilən mayenin doldurulduğu yeri göstərin (iddiaçı kapotu açaraq yeri göstərməlidir).
3. Tormoz mayesinin səviyyəsi necə yoxlanılır? Göstərmək.
4. Salondakı güzgünü gecə rejiminə keçirin və bunun nə üçün lazım olduğunu izah edin.
5. Avtomobilə yanacaq doldurarkən nə etmək lazımdır? (mühərriki söndürmək, telefondan istifadə etməmək, siqaret çəkməmək)
6. Yaralıya ilk yardım necə olmalıdır?
7. Soyuducu mayenin səviyyəsini yoxlayın/maye əlavə edin. Qaynar mühərrikə maye tökülsə nə baş verər?
8. Yağ təzyiqinin aşağı olmasını bildirən indikatoru göstərin.
9. Mühərrikdə yağ səviyyəsini yoxlayın.
10. Akkumulyatorun boşadığını bildirən indikatoru göstərin. Akkumulyator batareyasını dəyişin.
11. Yanacaq çənini aç/bağla, düzgün bağlandığını yoxla. Tapançanı yanacaq çəninə yerləşdir.
Hörmətli oxucu bu prosedurları axırıncı dəfə nə vaxt etmisiniz? Sonuncunu heç vaxt etmədiyinizə tam əminəm.
Vüqar
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











