Bakıda 375 minlik "Rolls Royce" hərraca çıxarıldı - 99-AF-009 - FOTO

Bakıda məhkəmə qaydasında müsadirə edilən "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobilin minimal satış qiyməti 262 500 manat müəyyən edilib. Avtomobilin ilkin qiyməti isə 375 min manatdır.
İstehsal tarixi 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib. Hərracda iştirak üçün ilkin beh 26 250 manat təşkil edir. İlk hərrac martın 6-da keçiriləcək.
Qeyd edək ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












