“Bazar günü avtomobili” nədir? - FOTO

“Bazar günü avtomobili”. Maltada belə bir rəsmi termin mövcuddur.
Avtosfer.az xəbər verir ki, Avropanın ən kiçik ölkəsi olan Maltada (316 kvadrat kilometr, 520 000 nəfər) avtomobilin illik vergisi çox bahadır. Ekoloji sinfindən və mühərrik həcmindən asılı olaraq bir avtomobilin illik vergisi 1200 avroya çatır. Bəs tutaq ki, kimsə 1998-ci ildə istehsal edilmiş 4,5 litr mühərrikli Ford və ya Toyota sahibidir və maşınla vidalaşmaq istəmir?
Cavab sadədir: İllik verginihn cəmi 40%-ni ödəyərək qırmızı nömrə almaq. Bundan sonra avtomobili bazar və bayram günlərində idarə etmək mümkündür.
Bəs kimsə belə bir maşını iş günü sürsə necə? İş günlərində bu maşınları nəinki sürmək, hətta küçədə park etmək də qadağandır. Qaydanı pozanı 2500 avro cərimə, və ya 6 ay həbs gözləyir. Bəzən də hər ikisi.
Avtomobillərə belə yüksək vergi tətbiq edilməsi ictimai nəqliyyatı təşviq etmək məqsədi daşıyır. Arxipelaqın quru sahəsində yeganə ictimai nəqliyyat avtobusdur. Sosial şəbəkə istifadəçiləri nəqliyyatın yaxşı təşkil olunduğunu xəbər verirlər.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















