“Belarus” traktorların mühərrikində ciddi problem aşkarlandı - FOTO

Belarusun Sənaye Nazirliyi Minsk Traktor Zavoduna (MTZ) “Weichai WP10” mühərriklərinin ekspertizası ilə bağlı tapşırıq verib.
Avtosfer.az Belarus mənbələrinə istinadla xəbər verir ki, 2022-ci ilədək 3500 seriyasından olan ağır traktorlar ABŞ istehsalı olan “Caterpillar” və “Cummins” mühərrikləri ilə komplektləşdirilirdi.
İstifadəçilər bu güc qurğularından razı idilər.
Lakin Ukrayna müharibəsində rəsmi Minsk Rusiyanı dəstəklədikdən sonra ABŞ MTZ-yə sanksiya tətbiq etdi və mühərrik təchizatı dayandı.
Bundan sonra zavod üzünü Rusiya və Çinə çevirdi. Bir neçə aylıq axtarışdan sonra traktorlarda Çin istehsalı olan “Weichai WP10” mühərriklərinin tətbiqinə qərar verildi. 2022-ci ilin noyabrında bu mühərriklə ilk “Belarus-3522” yığıldı və sınaqlar başladı. 6 ay sonra Çindən 100 ədəd mühərrik alındı.
Rəsmi statistikaya görə 2025-ci ildə 3522 seriyasından olan 569 traktor istehsaı edilib ki, bu da illik müqayisədə 40 faiz çoxdur. 2026-cı ildə isə 268 belə texnika istehsal edilib. Başqa sözlə, 12 illik rekord qeydə alınıb.
Bu günlərdə isə məlum olub ki, Sənaye Nazirliyi Minsk Traktor Zavoduna “Weichai WP10” mühərriklərinin ekspertizası ilə bağlı ictimaiyyətə açıqlanmayan tapşırıq verib. Məlum olub ki, Çin mühərriklərinin tətbiqindən sonra mexanizatorların şikaytlərinin ardı-arası kəsilmir.
ABŞ mühərrikindən razı olan fermerlər Çİn texnologiyasından ciddi şəkildə narazıdırlar.
Traktor sahədə işləyərkən mühərrikə daxil olan toz porşen-silindr qrupunun sürətlə aşınmasına səbəb olur.
Texnika bir qayda olaraq açıq sahədə işlədiyi üçün bu hal ciddi problem yaradır.
Nazirlik köhnə və yeni mühərrikləri müqayisə etməyi də tapşırıb. Tapşırığa uyğun olaraq MTZ sözügedən mühərrikləri müstəqil ekspertizaya yollayıb.
Məqsəd materiallaırn standarta uyğunluğunu və porşen-silindr qrupunun həndəsi quruluşunu yoxlamaqdır.
Qeyd edək ki, mayın 1-də eksperimental “Belarus-5425” təqdimatı zamanı Prezident Aleksandr Lukaşenko deyib: “Elə edin ki, keyfiyyətlə bağlı biabır olmayasınız”.
Vüqar Yaşaroğlu

Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










