"Bentley Bentayga" yenilənib

Britaniya brendi 2024-cü model ilində Bentayga krossoverinin əldə edəcəyi təkmilləşdirmələrin siyahısını açıqlayıb. Əsas təkmilləşdirmələr qısa təkər bazası olan Bentayga S və Bentayga Azure modellərində baş verib: onlar əvvəllər yalnız Bentayga EWB modelində mövcud olan tam idarələnən arxa oxa sahib olublar. Bundan başqa, adi krossoverlər 177 tənzimləmə variantı olan xüsusi rahatlıqlı fərdi arxa oturacaqlar ilə təklif edilirlər.
Daha bir yenilik isitmə və havalandırma sistemində baş verib: sistem indi xəritə məlumatlarını təhlil edir, krossoverin tunelə nə vaxt yaxınlaşdığını müəyyənləşdirir və ona daxil olmamışdan 10 saniyə əvvəl avtomatik olaraq iqlimə nəzarət sistemini resirkulyasiya rejiminə keçir. Tuneldən çıxdıqdan 20 saniyə sonra klimat-kontrol sistemi adi rejimdə işləməyə başlayır.
Gözlənildiyi kimi, yenilənmiş çeşiddə W12 mühərriki yoxdur, baxmayaraq ki, belə krossoverlər hələ 2024-cü ildə istehsal olunacaqlar. Aprel ayına qədər Bentley şirkəti Bentayga Speed Edition 12 "vida" seriyasının son nüsxələrini buraxmalıdır. Alıcılar 550 at qüvvəli 4,0-litrlik V8 mühərriki və 449 at qüvvəli hibrid güc qurğusu arasında seçim edə bilərlər.
Bentley 2024-cü model ilinin Bentayga krossoverinin qiymətlərini açıqlamayıb. Yenilənmiş krossoverlərin vizual fərqləri 21-düymlük unikal təkər diskləri, genişləndirilmiş rəng palitrası (122 çalar) və təkrar emal olunmuş neylondan hazırlanmış opsional ayaqaltılardan ibarətdir.
autograph.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












