“Bentley”in yeni CEO-su AÇIQLANDI - “Porsche”dən TRANSFER

“Bentley” markanın 6 illik rəhbəri və CEO-su olan Adam Hallmark-ın xələfini seçib. Super luks istehsalçının yeni CEO-su üçün Porsche mühəndisi Frank-Steffen Walliser olacaq. Avtosfer.az xəbər verir ki, o, iyulun 1-dən etibarən vəzifəsini icra edəcək.
54 yaşlı mühəndisin kariyera həyatı “Porsche”dən ibarətdir. 1995-ci ildə alman istehsalçısı sıralarına qoşulan Walliser maşınqayırma fakültəsinin məzunudur. O, həmçinin daxili yanma mühərriki və texnologiyanın idarə edilməsi üzrə magistr təhsili alıb.
Bununla bağıı “Audi”nin CEO-su Gernot Döllnerin açıqlaması diqqət cəlb edir. Walliser-in sahibkarlıq ruhunu və təcrübəsini “Bentley”ə gətirəcəyini ifadə edən Döllner, bu müqavilənin hər iki tərəf üçün böyük bir fürsət olduğunu qeyd edib. Unutmayaq ki, “Bentley” “Audi”nin qanadları altındadır.
Walliser uzun müddət “Porsche”də avtomobil arxitekturası və xüsusiyyətləri üzərində çalışıb. O, 2014-cü ildə “Porsche”motorsport-da işləyib, 2019-cu ildə isə yeni 911 və 718 kimi seçilmiş məhsulların rəhbəri təyin olunub.
Mühəndisin “Bentley”in elektromobil çağa keçməsinə xüsusilə faydalı olacağı gözlənilir. Enerji ilə işləyən hibridlərin və tam elektromobil modellərin tez zamanda “Bentley”in gələcəyi olacağı gözlənilir.
Nərmin
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












