Bir ildə Azərbaycanda neçə nəfər “Rolls-Royce” alıb? – RƏQƏMLƏR

“2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox, 220 242 ədəd “Mercedes” markalı maşın var”.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, “Moskviç” və s.) isə 296261 ədəddir:
“2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb – “Changan” 1 ilə 4086 ədəd (84%), BYD isə 1 ilə 3072 ədəd (303%) artıb.
2023-cü ildə ölkədə 66 “Rolls-Royce” qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, 8 yeni “Rolls-Royce” satılıb, satılan avtomobillər arasında bir neçə “Rolls-Royce Ghost” da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.
“Rolls-Royce”dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb – 35 ədəd “Jaguar”, 15 ədəd “Bentley” və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq “Rolls-Royce Ghost” avtomobilini və ya 500 minə qədər qiyməti olan “Bentley”ni kim alır?!” (Bizim.Media)

“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












