Bir yaşı tamam olmayan Çin maşınının yanı əzildi; işə düşmədi - VİDEO

Son zamanlar Azərbaycanda Çin istehsalı olan avtomobillərə tələbat əhəmiyyətli dərəcədə artıb. Lakin bu nəqliyyat vasitələri yeni olsa belə, bəzi hallarda müəyyən mənfi xüsusiyyətləri ilə gündəmə gəlir. Başlıca narazılıqlardan biri isə avtomobillərin qəfil xarab olması və elektron sistemlərində yaranan nasazlıqlardır.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən birində usta tərəfindən çəkilmiş videoda “Changan A05” markalı avtomobilin yandan əzildiyi görünür. Ustanın bildirdiyinə görə, avtomobil zədələnməsinə baxmayaraq, əsas problem gövdə hissəsində deyil, nəqliyyat vasitəsi ümumiyyətlə işə düşmür.
Usta qeyd edir ki, nasazlıq avtomobilin elektrik və idarəetmə sistemində ola bilər və bu tip vəziyyətlərin yeni modellərdə belə meydana çıxması sürücülər arasında narahatlıq yaradır. Onun sözlərinə görə, bəzi Çin istehsalı avtomobillərdə müəyyən detallara qənaət edilməsi, xüsusilə də elektron blokların həssaslığı nasazlıq ehtimalını artırır.
Mütəxəssislər sürücülərə yeni avtomobil alsalar belə, ilkin dövrdə texniki vəziyyətə nəzarəti artırmağı və mümkün nasazlıqlar zamanı vaxt itirmədən servisə müraciət etməyi tövsiyə edirlər.
Eltac Zülfüqaroğlu
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












