Bizdə kiçik zərbədən yarasız hala gəlir, Avropada isə təhlükəsizdir: Çin avtomobilinin ziddiyyəti

Bu gün sosial şəbəkənin Azərbaycan və rus seqmentləri Çin maşınlarına dair şikayətlərlə dolub-daşır. Hər 2 dilin daşıyıcılarının ortaq şikayəti bu avtomobillərin ən kiçik qəzada yararsız hala düşməsidir. Bəs başqa ölkələrdə, Avropada vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki, bu il Avropada 26 markaya məxsus avtomobillər kraş-testdən (Euro NCAP) keçirilib və ortaya maraqlı nəticələr çıxıb. Məlum olub ki, ümumilikdə bütün markalarda sürücü və sərnişinin həyatının qorunması məsələsində ciddi irəliləyiş var. Bu irəliləyiş “Made in China” brendlərindən də yan keçmir. Hətta bəzi modellər (reklam olmasın deyə ad çəkmirik – müəl.) Euro NCAP testlərində uşaq və yeniyetmələrə 93 faiz mühafizə təmin edib. Bu göstərici ənənəvi alman və fransız modelləri ilə eyni səviyyə deməkdir!
Elə isə ortaya başqa sual çıxır: belə yüksək nəticə göstərən avtomobil kiçik bir zərbədə dağıla bilərmi? Cavabı bazar spesifikasında axtarmaq lazımdır.
Çinli istehsalçılar bir faktı gizlətmirlər ki, Avropada satılan maşınlar yerli bazarın tələbatına uyğunlaşdırılır. Bu maşınlar əksər hallarda avropalı konstruktorlarla birgə hazırlanır. Nəticə etibarı ilə onların təhlükəsizliyinə paralel olaraq maya dəyəri də artır.
Asiya və Şərq bazarlarına isə istənilən maşını çıxarmaq mümkündür. Eyni hal Çinin daxili bazarı üçün də keçərlidir. Bu bazarda uğur əldə etmək üçün təhlükəsizlik deyil, ucuzluq və elektronika şərtdir.
Müqayisə üçün deyək ki, Çinin lüks avtomobilləri hələ də Avropa istehsalı şinlərlə komplektləşdirilir. Avropa bazarına göndərilən avtomobillərə də qiymətindən asılı olmayaraq Qərbin istehsalı olan şinlər taxılır.
Hörmətli oxucu! Bu gün hansısa maşın alverçisi sənə Çin avtomobilinin Avropa standartı ilə aparılmış kraş testini göstərdikdə görünüşə aldanma. Sənə Avropa bazarı üçün istehsal edilən maşını göstərib əvəzində Çin bazarı üçün nəzərdə tutulmuş modeli gətirəcəklər.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












