"BMW"-nin 1938-ci il modeli hələ də kütləvi istehsal olunur - FOTO

Burada heç bir yanlışlıq yoxdur. Sadəcə olaraq istehsal Almaniyada deyil, Rusiyada həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, İrbit Motosiklet Zavodu (İMZ) bu il 700 ədəd motosiklet istehsal etməyi planlaşdırır. Motosikletin karkası və mühərrik İrbitdə hazırlanır. Yığım isə Qazaxıstanda həyata keçirilir. Məqsəd sanksiyalardan yayınmaq və lazımi xarici detalları ala bilməkdir. Rusiyada bu texnikadan ildə təxminən 50 ədəd alınır, qalan hissə ixrac edilir.
İMZ yedəkli motosikletləri seriya ilə istehsal edən yeganə zavoddur. 70-ci illərdən sonra bu texnikaya dünyada maraq azalsa da, keçmiş sovet məkanında tələbat hiss olunur.
Hazırda istehsal edilən yedəkli Ural motosikletləri isə 1938-ci ildə layihələndirilmiş BMW R71-in oğurlanmış surətidir. Təxminən 70 il ərzində istehsal prosesində alman modelinə çox cüzi dəyişikliklər edilib. Motosikletin orijinalını “Uzaq sahillərdə” filmində görmək mümkündür. Sovet isthsalı olan Ural isə bu gün də Azərbaycan kəndlərində xidmət edir.
SSRİ-nin bu modeli necə ələ keçirməsi isə ayrı yazının mövzusudur. Amma bir suala cavab verməyi hörmətli oxucunun ixtiyarına buraxıram: bu alman keyfiyyətidir, yoxsa sovet?
QEYD: Xəbər BMW şirkətinə qarşı yönəlməyib, müəllifin alman istehsalçıya qarşı heç bir iradı yoxdur.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














