“BMW” və “Mercedes” Çin avtomobillərinə vergi istəmir

Avropa Komissiyasının Çin istehsalı olan elektrik avtomobillərinə vergiləri artırmaq qərarı avtomobil nəhəngləri “Stellantis” (“Alfa Romeo”, “Citroen”, “DS”, “Fiat”, “Jeep”, “Opel”, “Peugeot”), “Mercedes”, “BMW” və “VW”nin reaksiyasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu yeni vergi keçən il başladılan anti-dempinq araşdırması nəticəsində 38,1 faizə yüksələcək.
“BMW”nin baş direktoru Oliver Zipse bu vergilərin Avropa şirkətlərinə və Avropanın maraqlarına zərər verəcəyini bəyan edib. Zipse bildirib ki, proteksionizm yeni tariflərə və təcridçiliyə gətirib çıxara bilər ki, bu da beynəlxalq bazarlarda uğurla rəqabət aparmağı çətinləşdirir.
“Mercedes”in baş direktoru Ola Kallenius vurğulayıb ki, qlobal ticarət azad və ədalətli olmalıdır. Kallenius ticarət maneələrini artırmaq əvəzinə onları azaltmağın vacibliyini qeyd edib. “VW” bu yeni vergilərin Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətini artırmaqdansa, zəif elektrik avtomobil tələbi olan Almaniya və Avropa bazarlarına zərər verəcəyini müdafiə edib. “Volkswagen” bu qərarın mənfi təsirlərinin potensial faydalardan daha çox olduğunu bildirib.
“Stellantis” digər tərəfdən, azad və ədalətli rəqabətə inandığını və bu cür tədbirlərin dünya bazarlarını parçalamaqdan başqa bir məqsədə xidmət etməyəcəyini bildirib.
Alman Avtomobil İstehsalçıları Birliyi (VDA) və “Volvo” da bu yeni vergilərə qarşı çıxıb. “VDA” bu tədbirlərin ticarət müharibələrinə səbəb ola biləcəyini və Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətini artırmayacağını qeyd edib. “Volvo”nun baş kommersiya direktoru və baş direktor müavini Björn Annwall bildirib ki, bu vergilər elektrikli avtomobillərin qiymətini artıracaq və müştərilər daha çox ödəməli olacaqlar.
Məhəbbət Tərlanoğlu
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır
TOGG-un 2 önəmli ortağı səhmləri satmağa hazırlaşır - AÇIQLAMA
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO










