"Brabus" "Mercedes-Benz GLC" krossoverini təkmilləşdirib

Məşhur Brabus atelyesi demək olar ki, Mercedes-Benz şirkətinin istehsal etdiyi bütün modellər üçün təkmilləşdirmələr proqramını hazırlayır. Ona görə də, yenilənmiş Mercedes-Benz GLC krossoverin üçün belə bir proqramın hazırlanmasında təəccüblü bir şey yoxdur. Təəccüblü olan odur ki, Brabus mütəxəssisləri “bərkgedən” AMG versiyasını deyil, o qədər güclü olmayan mühərriklə təchiz edilmiş krossoveri əsas kimi götürüblər. Müvafiq olaraq, təkmilləşdirmələr də çox sadə şəkildə aparılıb.
Mercedes-Benz GLC 300 4Matic krossoveri hibrid üstqurumu olan 2,0-litrlik dördsilindrli benzin mühərrikilə təchiz edilir. Hibrid qurğunun hasilatı 255 at qüvvəsi və 400 Nm fırlanma anına bərabərdir
Lakin Brabus PowerXtra B30 Performance idarəetmə bloku sayəsində mühərrikin hasilatı “yuvarlaq” rəqəmlərə qədər artırılıb - 300 at qüvvəsi və 500 Nm. Aparılmış digər texniki təkmilləşdirmələr barədə məlumat verilməyib, bu isə, asqı və əyləclərin standart olaraq qalması deməkdir.
Eksteryerdəki təkmilləşdirmələr də kifayət qədər təvazökardır - AMG Line zavod dəstinə malik olan krossover yalnız ön və arxa bamperlərdəki karbon əlavələri, həmçinin böyüdülmüş spoyleri və yeni radiator barmaqlığını əldə edib. Firma Brabus Monoblock Z təkər diskləri də nəzərdə tutulub. Salonda yalnız yeni pedal örtükləri və kandar lövhələri quraşdırılıb.
autograph
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












