Bu avtomobil modeli sürət rekordunu təzələyib - FOTO

Chevrolet Corvette ZR1 pre-istehsal prototipi Amerika avtomobili üçün 233 mil/saat (375 km/saat) sürət rekordu qoyub və 1 milyon dollardan aşağı qiymətə dünyanın ən sürətli avtomobili olub.

Avtosfer.az xəbər verir ki, yarışlar Almaniyanın Papenburq şəhərində yüksək sürətli ovalda baş tutub və Chevrolet iki avtomobildən istifadə edib, hər iki avtomobil 230 mil/saat (370 km/saat) həddini keçib. Bundan əlavə, rekord qıran yarış zamanı General Motors-un prezidenti Mark Roysun sükanı arxasında olduğu, bir mühəndisin isə sərnişin oturacağında real vaxt rejimində avtomobilin telemetriyasına nəzarət etdiyi qeyd edilir.
Qeyd edək ki, yeni Chevrolet Corvette ZR1 2024-cü ilin iyulunda təqdim edilib və tarixdə ən güclü Corvette olub. Kapotun altında 1064 at gücü olan 5,5 litrlik iki turbomühərrikli LT7 V8 mühərriki var. Corvette ZR1-in təxmini maksimal sürəti 346 km/saat idi. Lakin Papenburqda keçirilən yarışlar sübut etdi ki, avtomobil daha da sürətlə getməyə qadirdir.

Yeni Chevrolet Corvette ZR1-in seriya istehsalına 2025-ci ildə başlanacaq.
Fərid
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












