Bu avtomobilin hazırlanmasına 30 kq qızıl sərf edilib - FOTO

1930-cu ildə fransız konstruktor Andre Sitroen Papa XI Piyə avtomobil hədiyyə edir.
Avtosfer.az xəbər verir ki, C6 (Citroën Lictoria C6) avtomobilinin karkası Fransada yığıldıqdan sonra Milana gətirilir. Burda son tamamlama və işləmələr həyata keçirilir. Maşının salon və eksteryer detallarının çoxu qızıl qəbəqəsi ilə örtülüb. Ümumilikdə avtomobilin hazırlanmasına 30 kq qızıl sərf edilib. 2,4 litrli 42 at gücündə V6 mühərriki avtomobilə 105 km/saat sürət verə bilir.
Avtomobil pontifikə Kilsə ilə İtaliya dövləti arasında imzalanmış barışıq sazişinin birinci ildönümü münasibəti ilə hədiyyə edilib.
Cəmi 159 km qət etmiş “papamobil” bu gün Vatikanın avtomobil muzeyində sərgilənir. Belə bir sənət əsərini və xristian din başçılarının nəqliyyat vasitələrini görmək üçün biletə 16 avro ödəmək lazım gəlir.
Qeyd edək ki, XI Piy 1922-1939-cu illərdə papalıq edib.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR














