Bu Çin brendi avtomobil Türkiyədə istehsal oluna bilər

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan "Shineray Group"un tərkibində fəaliyyət göstərən "SWM Motor", Türkiyədə istehsal üçün müraciət edib.
Şirkətin Türkiyə təmsilçisi "ATMO Group"dan verilən açıqlamaya görə, "SWM Motor" 2023-cü ilin sonunda daxil olduğu Türkiyə bazarını qlobal böyümə strategiyasının mərkəzlərindən biri kimi müəyyənləşdirib.
Bu çərçivədə şirkət Türkiyədə istehsal üçün müraciət edib. "ATMO Group" istehsal təşəbbüsü ilə aqressiv artımını yeni səviyyəyə qaldıracaq.
SWM Motor son zamanlarda Türkiyə bazarına daxil olub və G01, G01F, G03F və elektrik yüngül ticari X30L EV modelləri ilə türk istehlakçılarının qarşısına çıxıb. "SWM Motor Turkey" iyun ayından etibarən G05 adlı yeni D-SUV modeli ilə məhsul çeşidini genişləndirib.
Türkiyədə istehsal olunacaq avtomobillər Balkan ölkələri və Avropa Birliyi bölgəsindəki digər bazarlara da ixrac olunacaq.
SWM brendi 1971-ci ildə İtaliyada yaradılmışdır. 2014-cü ildə "Shineray Holding" tərəfindən alınan SWM, 2016-cı ildə "SWM Motors" adı ilə "Shineray Holding"ə məxsus "Brilliance Shineray Chongqing Automobile Co., Ltd."yə daxil edilmişdir.
Dizayn ofisi İtaliyanın Milan şəhərində olan və tamamilə italyan xətlərini daşıyan "SWM Motors"un Çonggingdə (Çin) araşdırma və inkişaf Mərkəzi var. SWM Motors hər il Çonggingdə 300.000 avtomobil və 300.000 mühərrik istehsal edir.
(marja.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












