Bu dəfə də qərar Uberin xeyrinə oldu

Avropa Parlamenti onlayn platformalar vasitəsi ilə işləyənlərin hüquqlarına dair layihəni rədd edib. Söhbət Uber, Deliveroo və digər şirkətlər üçün işləyən şəxslərdən gedir. Məlum məsələdir ki, burada əsas oyunçu Uberdir.
Avtosfer.az xəbər verir ki, Avropa Parlamenti uzun müddətdir müzakirə olunan məsələdə gözlənilənin əksinə qərar çıxarıb. Parlament onlayn platformalar vasitəsi ilə işləyənlərin muzdlu işçi statusununu tanımayıb. Onlar sərbəst fəaliyyət göstərən işçi kateqoriyasında saxlanılıb. Halbuki həmkarlar təşkilatları 10 gün əvvələ qədər müzakirələrdə ciddi irəliləyiş olduğunu deyirdi.
Avropa İttifaqı Şurasına sədrlik edən İspaniyanın nümayəndəsi bildirib ki, layihənin qəbulu üçün yetərsay təmin olunmayıb. Sənədin qəbul edilməsi üçün 27 üzv dövlətdən 15-nin səsi zəruridir. Bu 15 üzv Avropa əhalisinin 65%-ni təşkil etməlidir. İtaliya, Yunanıstan, Fransa və isveç kimi əhalisi çox olan ölkələr sənədin əleyhinə səs verib.
Bu gün Avropa İttifaqına üzv ölkələrdə onlayn platformalarla əməkdaşlıq edənlərin hüquqlarına dair qanunvericilik çox pərakəndədir. Avropalı qanunvericilər bu məsələdə ümumilik olmasının tərəfdarıdır. Belə işçilər kifayət qədər çoxdur. Təkcə taksi xidmətində onların sayı 6 milyona çatır.
Rədd edilmiş qanun layihəsi bir çox ziddiyyətli məqamı üzə çıxarıb. Belə ki, onlayn platformalar əksər hallarda işçilərin qrafikini özləri müəyyən edir, ezamiyyətə məcbur edir, uniforma tələbi var, başqa şirkətlə əməkdaşlıq qadağandır və s. Qanun layihəsi müəlliflərinin fikrincə bu tələblərdən cəmi ikisi işə götürülən şəxsin muzdlu işçi statusu əldə etməsi üçün kifayətdir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












