Bu dəfə əksinə oldu: oğru avtomobil sahibindən şikayət etdi

Qəribə hadisə Fransanın Ruan şəhərində baş verib.
Avtosfer.az-ın xəbərinə görə, oğru gündüz vaxtı avtomobillərdən birinin içində çantanı gördüyü üçün tamah güc gəlir. O, bildiyi metodla qapını açaraq çantanı götürür.
Lakin istəyinə nail olmur. Çantada vizit kartı və vaxtı keçmiş bank kartından başqa heç nə olmur. Lakin o özü bahalı telefonu maşının salonunda itirmişdi.
Beləcə, oğru maşının sahibinə zəng edərək telefonla çantanı dəyişmək istəsə də, avtomobil sahibi razı olmur. Bu təqdirdə oğru polis idarəsinə gələrək sürücüdən şikayət edir və işin üstü açılır. Məlum olur ki, o, başqa bir cinayətə görə axtarışdadır. Polis onu həbs edərək avtomobil sahibini də idarəyə çağırır.
Avtomobil sahibi də oğrudan şikayət etdiyi üçün məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












