Bu geyimə görə sürücülərə 10 000 manat cərimə tətbiq edilir – SƏBƏB - FOTO

Biz İranda hicabsız maşın sürməyə görə cərimələrin olduğunu görmüşük. Sən demə sürücülərə geyim qadağası Qərbdə də mövcud imiş.
Avtosfer.az xəbər verir ki, Britaniyada küləkkeçirməyən gödəkçə ilə avtomobil idarə etmək qadağandır. qayda pozuntusu 5000 funt (təxminən 10 000 AZN) cərimə və 1 balla cəzalandırılır. Bəs ingilisləri belə qadağaya məcbur edən nədir?
Qəza anında kəmər ilk olaraq irihəcmli geyimləri sıxır və sürücünün irəli atılmasına tam mane ola bilmir. Bununla da qızıl dəyərində olan millisaniyələr itirilir. Bəzən 1 santimetr insanı alın şüşəsinə çırpılmaqdan qoruyur. İrihəcmli geyimlər sürücünün manevr imkanını azaltmaqla yanaşı hava yastığı və təhlükəsizlik kəmərinin də səmərəsini azaldır. Üstəgəl, küləkkeçirməyən gödəkçə geyinən sürücü və ya sərnişin təhlükəsizlik kəmərini tam mərkəzləşdirə bilmir. Kəmər sinəni deyil, qarnı tutur.
Ekspertlər qalın və narahat geyim əvəzinə avtomobilin istilik sistemini saz vəziyyətdə saxlayaraq yüngül və nazik geyimi məsləhət görürlər. Bundan başqa, bir çox ölkədə çəkmə, sandal və ya şəpiklə idarəetmə də qadağandır.
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı













