Bu ölkədə hələ də SSRİ-dən qalma qaydalar qüvvədədir - FOTO

Hörmətli oxucu yəqin ki, şəklə baxan kimi yeri tanıdı. Bəli, söhbət Şimali Koreyanın (KXDR) paytaxtı Pxenyandan gedir.
Avtosfer.az xəbər verir ki, bu ölkədə avtomobilə yanaşma keçmiş SSRİ-dəki 50-ci illəri xatırladır. O dövrdə Sovet İttifaqında şəxsi avtomobilə icazə verildi. Lakin qanun icazə versə də, avtomobil almaq, sürücülük vəsiqəsi əldə etmək müşkül iş idi.
Şimali Koreyada da qanun avtomobil almağa, satmağa, miras kimi qəbul etməyə icazə verir. Lakin de-fakto maşını hansısa təşkilatın adına sənədləşdirməli idin. Təşkilat isə avtomobilin real sahibinə etibarnamə verməli idi.
2017-ci ilin yanvarından artıq istənilən şəxs avtomobili öz adına rəsmiləşdirə bilər. Pxenyanda maşınların sayı ləng də olsa artır. Təzə maşınların böyük əksəriyyəti Çin istehsalıdır. Lakin bahalı Yaponiya modellərinə də rast gəlmək mümkündür. Ölkə yerli əhalinin xaricə çıxışına bağlıdır (SSRİ-dəki kimi). Lakin elitanın nümayəndələri (çox vaxt başqa ölkənin pasportu ilə) xaricə Yaponiya və Çin vasitəsi ilə çıxa bilirlər.
Avtomobil alqı-satqısı birbaşa deyil, dövlətin təyin etdiyi bürolarda həyata keçirilir. Dövlət bu yolla hər şeyə nəzarətdə saxlamaq istəyir. Hərbçilərin maşın əldə etməsi qadağandır.
Son bir neçə ayda isə ümumiyyətlə avtomobillə bağlı yumşalmalar müşahidə olunur. Bunun da yeganə səbəbi dövlət büdcəsinin gəlirlərinin azalmasıdır.
Onların cənublu qardaşlarına gəlincə: hər kəsə çox yaxşı məlumdur ki, Cənubi Koreya dünya avtomobil bazarının baş oyuncuları arasında yer alır. Ötən il bu ölkə 72 milyard dollarlıq avtomobil ixrac edib.
Vüqar Yaşaroğlu







Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










