Bu şəxs ticarət mərkəzini 300 ədəd “Tesla” ilə doldurdu – ŞOK SƏBƏB

“Tesla” bu dəfə ticarət mərkəzlərini öz dayanacaqlarına çevirib. Şirkətin istehsal sürəti satış sürətini aşdıqda artıq avtomobilləri harada saxlayacağı problemi yaranıb.
Avtosfer.az xəbər verir ki, ABŞ-da yerləşən “Chesterfield Mall” “Tesla”nın artıq avtomobilləri üçün yeni dayanacaqa çevrilib.
Əvvəllər alış-veriş olunan yer indi rəsmi olaraq “Tesla” sərgi salonuna bənzəyir.
Əslində, 2 milyard dollarlıq qarışıq layihə üçün ticarət mərkəzi tezliklə söküləcək. Bununla belə, söküntüyə qədər olan müddətdə ticarət mərkəzinin sahibi “Staenberg Group” “Tesla” üçün dayanacaq kimi xidmət etmək qərarına gəlib. Tesla qrupundan verilən açıqlamada yerli dilerində kifayət qədər dayanacaq olmadığı, ona görə də ticarət mərkəzinin dayanacağını icarəyə götürüldüyü bildirilib.
Belə ki, hazırda ticarət mərkəzinin dayanacağında ən azı 300 “Tesla” avtomobili saxlanılır. “Tesla”nın Kaliforniya ştatının Fremont şəhərindəki fabrikindən çəkilmiş dron görüntüləri avtomobillərin hələ də sürətlə istehsal olunduğunu və fabrik dayanacaqlarını doldurduğunu ortaya qoyub. Həmçinin Avropada Almaniyanın Noyhardenberq şəhərinin sakinləri yaxınlıqdakı regional hava limanında park edilmiş “Tesla” avtomobillərinin səs- küyündən şikayətlənir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












