"Buick" loqotipini dəyişəcək və yeni dizayn üslubunu nümayiş etdirəcək

Buick markası üçün vacib bazarlardan biri olan Çində iyun ayının 1-də Buick Brand Day tədbiri keçirləcəkdir. Bu tədbir çərçivəsində şirkətin yeni loqotipi və ən yeni firma üslubunda dizayna malik olan iki avtomobil nümayiş etdiriləcəkdir.
Onlardan biri seriyaya hazır olan GL8 Century miniveninin dördüncü nəslidir. Miniven amerikan markasının model xəttindəki ən dəbdəbəli və müvafiq olaraq ən bahalı avtomobil olacaqdır. İkinci avtomobil konsept statusunda debüt edəcək Buick Electra-X elektrik krossoveri olacaqdır.
GL8 Century və Buick Electra-X modelləri haqqında təfərrüatlar çox azdır, lakin müasir loqotip artıq patent şəkillərində nümayiş etdiilib. Bir neçə fundamental dəyişikliklər var. Birincisi, 1960-cı ildən istifadə edilən qalxanlar indi bir xəttdə düzülüblər və artıq dairəyə alınmayıblar. Rənglərin əvvəlki kimi - qırmızı, ağ və göy, - qalacaqları gözlənilir, bununla belə, xətləri daha hamar ediblər və buna görə də, loqotip daha aktual görünür.
Avtomobillərə gəldikdə isə, Buick GL8 Century minivenini artıq bir neçə tizerdə göstərilib. Birinci tizerdə avtomobilin ön tərəfi gğstərilib: kadrda nazik LED optika və trapesiyaşəkilli radiator barmaqlığı nümayiş olunur. Modelin ölçüləri sələfi ilə müqayisədə böyüyüb, miniven quraşdırılmış televizoru olan arakəsməni və arxa sərnişinlər üçün rahatlığı artırılmış kresloları alıb.
Buick Electra-X konsepti üçün Ultium platforması və Super Cruise avtopilotu bəyan edildiyi məlumdur.
Buick Brand Day tədbirinin keçirilməsi üçün doğma ABŞ-ın deyil, Çinin seçilməsində təəccüblü bir şey yoxdur. Çin bazarı amerikan markası üçün bir müddətdir ki, prioritet bazar sayılır: keçən il amerikalılar 180 min, çinlilər isə 829 min Buick avtomobili əldə ediblər.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










