Bütün zamanların beş ən ekzotik avtomobili - FOTO

Avtomobil təkcə nəqliyyat vasitəsi deyil, həm də sərhədsiz yaradıcılıq platformasıdır. Bəzən dizaynerlər və mühəndislər sanki avtomobili kim daha qəribə, daha qeyri-adi və daha ekzotik edə biləcək deyə yarışırlar. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə "Pravda.ru" nəşri məlumat verib.
Nəşr hər kəsi təəccübləndirə biləcək avtomobil təxəyyülünün 5 ən ekzotik əsərini təqdim edib.
1. "Tatra 77" (Çexoslovakiya, 1934)
Dünyada aerodinamik kuzovu olan ilk seriyalı avtomobildir. 30-cu illərdə bu, təkərlər üzərində əsl kosmik gəmi idi. Mühərriki arxada yerləşən və futuristik dizayna malik avtomobil öz zamanını bir neçə onilliklər qabaqlayır. Müasir dillə desək, "yan küləyin" və qəribə yanaşmaların kralıdır.

2. "Rinspeed Splash" (İsveçrə, 2004)
Kvadratda ekzotika - təkcə quruda hərəkət etməyi deyil, həm də üzməyi bacaran dörd təkər üzərində amfibiya. Piknikə və qəfildən balıq tutmağa getmək istədiyiniz zaman "Splash" istənilən macəralara hazırdır. Amma "yerüstü" dizayn çoxlu suallar doğurur.

3. "BMW GINA" (Almaniya, 2008)
Bu sadəcə bir avtomobil deyil - sənət əsəri və mühəndis ekstravaqantlığının nümunəsidir. Adi kuzov əvəzinə elastik parça qabığına malikdir ki, sürücünün istəyinə uyğun olaraq formasını dəyişə bilir. Təsəvvür edin ki, avtomobiliniz müxtəlif "kostyumlar" "geyinə" bilər. Gələcək? Daha çox sürrealizmdir.

4. "Cizeta-Moroder V16T" (İtaliya, 1991)
16 silindrli V formalı mühərrikli superkar - fantastika kimi səslənsə də, reallıqdır. İri həcmli və nadir avtomobil qeyri-adi gücə malikdir. Heyranlıqdan daha çox suallar doğurur.

5. "İj-2125 "Kombi" (SSRİ, 1973)
Bəli, bu sovet ekzotikasıdır. "Furqon" kuzovlu universal əsl xalq avtomobilinə çevrilməyi bacarıb. Qeyri-adi dizaynlı avtomobil heyrətamiz dərəcədə praktikliyə və xarakterə malikdir, buna görə də, bu qədər yaddaqalandır.

“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












