Cenevrə avtosalonu sərgilərini dayandırdı

Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin (GIMS) rəhbərliyi 2025-ci ildə bu tədbiri keçirməkdən və şəhərdə gələcək fəaliyyətlərdən imtina edib.
Avtosfer.az xəbər verir ki, məşhur sərgilərin 120 illik tarixinə son qoyan bu addım avtomobil sənayesindəki qeyri-müəyyən vəziyyət, Avropada bu cür böyük tədbirlərə marağın azalması və digər sərgi meydançaları tərəfindən rəqabətin artması ilə əlaqədardır.
Hərçənd, sərginin rəhbərliyi COVID pandemiyasının yaratdığı dörd illik fasilədən sonra 2024-cü ilin fevral-mart aylarında keçirilən Cenevrə avtosalonunun uğurla baş tutduğunu bildirib. Tədbirdə 19 avtomobil istehsalçısı və 168 min ziyarətçi iştirak edib.
Qeyd edək ki, Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə keçirilib və uzun müddət qlobal avtomobil sənayesinin nailiyyətlərinin ən nüfuzlu şoularından biri hesab olunub. Populyarlığının zirvəsində sərginin sahəsi 120 min kvadratmetrə çatıb və burada 120-yə qədər şirkət iştirak edib, ziyarətçilərin sayı isə 600 mini keçib.
(oxu.az)
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT












