“Chery” hipertansif xəstələr üçün krossover təqdim etdi – FOTO

“Chery” brendinin Çində təqdim olunan elektrik krossoveri “Exeed Exlantix ET” aprelin 15-də yerli dilerlərdə satışa çıxarılacaq.
Avtosfer.az-ın məlumatına görə, avtomobilin qiyməti açıqlanmasa da, xüsusiyyətləri təqdi olunub.
Belə ki, “Exlantix ET” modeli tam ölçülü krossoverdir. Avtomobilin uzunluğu 4955 mm, təkər bazası 3000 mm-dir. Avtomobilin fara bloklarının altında sürücünün müxtəlif şəkilləri göstərə biləcəyi LED panelləri quraşdırılıb. Krossover gizli qapı tutacaqları, oval sükan və multimedia sistemi üçün geniş mərkəzi ekran alıb.
Qeyd edək ki, avtomobil real vaxt rejimində sərnişinlərin ürək döyüntüsünü, qan təzyiqini və digər göstəriciləri izləyə bilən unikal sağlamlıq monitorinq sisteminə malikdir.
“Exlantix ET” dörd güc aqreqatı variantına malikdir. İlk ikisi 252 və ya 313 at gücünə malik mühərrikləri olan tək təkərlidir. Üçüncü modifikasiya ümumi gücü 480 at gücünə malik tam ötürücü sistemi təklif edir. Dördüncü modifikasiya 561 at gücünə malik mühərriklə təchiz edilib. Güc ehtiyatı versiyadan asılı olaraq 550 km-dən 760 km-ə qədərdir.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR

















