Çin avtomobilləri üçün ehtiyat hissə problemi dövrü başa çatır?

Çin hökuməti ölkədə istehsal edilmiş avtomobillərin xaricdə reputasiyasının aşağı düşməsi və istehsalçılar arasındakı qiymət rəqabətinə son qoymaq istəyir.
Avtosfer.az xəbər verir ki, Çin avtomobillərinə 2 məsələyə görə xaricdə maraq azalır. Bura ehtiyat hissələrin yoxluğu və proqram təminatındakı problemlər daxildir. İstehsalçılar arasındakı qiymət rəqabəti isə həm daxildə, həm də xaricdə iqtisadiyyata ciddi ziyan vurur.
Rəsmi Pekin artıq hərəkətə keçməyə qərar verib. 1 yanvar 2026-cı ildən etibarən elektromobil ixracı iklə məşğul olmaq üçün lisenziya tələb olunacaq. Lisenziya yalnız istehsalçılara və onların nümayəndələrinə veriləcək. Bunun üçün müəyyən şərtlər yerinə yetirilməlidir.
Lisenziya almaq istəyənlər müştəri məmnunluğunu təmin etməyə çalışmalıdırlar. Buna görə də istehsalçı satış həyata keçirdiyi ölkədə satış sonrası servisi təkmilləşdirməli, ehtiyat hissələri bazası yaratmalıdır.
Burada bir sual da meydana çıxır: Yeni qərar nə dərəcədə səmərəli olacaq? Axı Pekin bir neçə il əvvəl istilik mühərrikli və hibrid modellərin ixracına lisenziya tətbiq edib. Lakin bu lisenziya formal xaraktyer daşıyır və yuxarıda qeyd edilən problemin həlli ilə nəticələnməyib.
Vüqar
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












