Çin maşınları taksiyə yarayırmı? - Qonşu ölkədə şok faktlar üzə çıxdı - DİQQƏT! - FOTO

Avropada bir məsəl var: Alman malını satmaq istədikdə hər dildə danışır. Nəyisə alanda isə yalnız almanca.
Bunu alman avtomobillərinə dair kataloqlara baxdıqda aydın görmək olar. Mercedes və ya Audi avtomobilləri üçün hansısa kitabı BMT-nin bütün rəsmi dillərində tapmaq mümkündür. Bəs Çin avtomobilləri ilə bağlı vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki, Ukrayna müharibəsindən sonra Çin avtomobilləri Rusiya bazarında şəriksiz liderə çevrilib. Lakin bu, rusların Çin maşınlarına hüsnü-rəğbətindən deyil, əlacsızlıqdan irəli gəlir.
Bu günlərdə Rusiya mediası taksi sürücüləri arasında sorğu keçirib və məlum olub ki, taksiçilər bu maşınları yalnız məcburiyyətdən sürürlər. Son aya olan statistikaya əsasən, Rusiyada taksi parklarının 62%-ni Çin maşınları təşkil edir. Bunlardan ən geniş yayılmışları Haval, Changhan və Geely avtomobilləridir.
Taksiçilər iddia edirlər ki, Avropa, Koreya və Yaponiya maşınları taksidə 400 min kilometr və daha çox istismar olunduğu halda, Çin maşınları ən çoxu 150 min km qət edə bilir.
Çin avtomobillərinin turbokompressorlu çühərrikləri və variator tipli transmissiya tez sıradan çıxır. Qovşaqların bərkidilmə yerləri etibarsızdır, korroziya tez baş verir.
Təmir isə böyük problemdir. Xaricdən detal gətirilməsi üçün azı 45 gün gözləmək lazım gəlir. Halbuki, sanksiyalara rəğmən Avropa detalını daha tez gətirmək mümkündür.
Kataloqlarla bağlı məsələ ayrı mövzudur. Əksər modellər üçün ya detalların kataloqu yoxdur, ya da Çİn dilindədir. Bundan başqa, kataloq nömrəsi ilə sifariş vaxtı çatdırılan detal uyğun gəlmir. Eyni kataloq nömrəsi 3 tam fərqli detalı bildirir. Halbuki, Avropa maşınlarında bu, istisnadır.
5 illik istismar dövründə Çin avtomobilinin saxlanma xərcləri maşının təzə vaxtı alış qiymətini üstələyir. Buna görə də, taksi parklareı daşımanın qiymətini artırır.
FOTO: Almaniyada nəşr olunmuş kataloq
QEYD: Bu xəbərdə yer alan məlumatlar rusiyalı taksi sürücülərinin mövqeyini məks etdirir və heç bir istehsalçıya qarşı yönəlməyib.
Vüqar Yaşaroğlu
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10














