Çin startapı D seqmentindən olan flaqman sedanını təqdim edib

Çinin daxili bazarı üçün elektrik avtomobilləri istehsal edən yerli Leapmotor startapı 2017-ci ildən fəaliyyət göstərir . Son vaxtlara qədər markanın model xəttində üç model var idi. Keçən il çinlilər 45 mindən çox avtomobil satmağa müvəffəq olublar, cari ilin birinci rübündə isə, Lepmotor şirkəti 22 min avtomobil satıb. İndi Çin markasının model xətti D sinifdən olan C01 indeksli flaqman sedanı ilə tamamlanıb.
Beş metrlik Leapmotor C01 sedanı çərçivəsiz qapıları, “batmış” qapı tutacaqları və az sayda xrom elementləri olan sadə dizaynlı eksteryerə malikdir. Sedanın əsasını öndə ikiqollu, arxada isə çoxqollu asqısı, habelə kuzovun güc strukturuna inteqrasiya edilmiş dartma batareyası olan platforma təşkil edir.
Modifikasiya xəttindəki ən bahalı versiya ikimühərrikli (hər oxda bir mühərrik) elektrik güc qurğusu ilə təchiz edilir. Elektrik mühərriklərinin ümumi gücü 544 at qüvvəsi təşkil edir. 90 kilovat-saatlıq akkumulyator elektrik sedanını 717 kilometrlik (CLTC) yürüş ehtiyatı ilə təmin edir. Leapmotor C01 sedanı yerindən 100 km/saat həddinə üç saniyəyə sürətlənir.
C01 sedanının ən zəngin versiyasının adaptiv kruiz-kontrol və avtomatik parklayıcı sistemi ilə təchiz olunacağı bəyan edilib. Gələcəkdə Leapmotor şirkəti elektrik sedanını üçüncü səviyyəli avtopilot sistemi (SAE təsnifatına əsasən) ilə təchiz etməyi planlaşdırır. Belə sistem sürücünün idarəetmə prosesində birbaşa iştirakını tələb etmir və avtomobili təyin edilmiş marşrut üzrə apara bilir.
Leapmotor C01 sedanının satışlarına may ayında başlanmalıdır. Elektrokarın qiyməti hələlik açıqlanmayıb.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












