Çinin "yaşıl" avtomobil satışları 110% ARTIB

Yanvar-aprel aylarında Çində alternativ enerji mənbələri ilə işləyən avtomobillərin satışının ümumi həcmi illik ifadədə 110% artaraq 1,56 milyon ədəd təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatlar Çin Avtomobil Sənayesi Assosiasiyasının çərşənbə günü dərc etdiyi hesabatda yer alıb.
Bir çox istehsalçının Şanxaydakı kilidləmə səbəbindən komponentlərin tədarükü ilə bağlı problemlə üzləşməsinə baxmayaraq, satışlar aprel ayında da artıb. Ötən ay bazarda 299 min ədəd “yaşıl” avtomobil satılıb. İllik ifadədə müvafiq göstərici 44,6% artıb. Çində alternativ enerji vasitələrinə elektrikli avtomobillər, hibrid mühərrikləri olan avtomobillər və hidrogen yanacaqla işləyən vasitələr daxildir.
Apreldə avtomobil satışının ümumi həcminə gəlincə, assosiasiyanın məlumatına görə, o, illik ifadədə 47,6% azalaraq 1,18 milyon ədəd təşkil edib. Bu ilin birinci rübündə satışlar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 6,51 milyon ədəd olub. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












