Cütü 175 dollara satılan Porsche Cayenne - FOTOLAR

ABŞ-də son həftələrdə ikinci əl avtomobillərin qiymətində artım müşahidə olunur. Buna baxmayaraq münasib qiymətə texnika tapmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, ABŞ-də 250-300 dollara çox da ciddi zədə almayan Porsche Cayenne tapmaq mümkündür.
ABŞ-nin elan saytlarından görürük ki, qabaq hissəsi vurulmuş Porsche cəmi 150 dollara satılıb. Yaxud, 300 min kilometrdən çox yol qət etmiş ə ədəd Porsche Cayenne cəmi 175 dollara satılıb. Hər 2 maşının qabaq hissəsi cüzi əzilib, salon isə normaldır.
2009-cu il istehsalı olan daha bir Cayenne 250 dollara təklif edilir. Maşına yalnız arxa bamper və stoplar alınmalıdır.
Ən ucuz Cayenne isə ötən il Kanadada satılıb. 2009-cu ildə istehsal olunmuş maşın müştəriyə cəmi 25 dollara başa gəlib. Maşın istismara tam yararsız olub: qabaq hissəsi, mühərrik və sürət qutusu zərbədən dağılıb. Bu maşından yalnız donor kimi istifadə etmək mümkündür.
İstismara yaramayan avtomobilləri adətən təmir sexləri və avtomobil kolleksiyaçıları alır. Onlar da müəyyən detalları çıxardıqdan sonra qalan hissəni metal kimi satırlar.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR















