Deputatlar "BMW"-dən “Lada”ya keçir - 33 avtomobil alındı - FOTOLAR

Rusiyada deputatlara veriləcək avtomobillərlə bağlı detallar məlum olub. Avtosfer.az xəbər verir ki, vitse-spikerlər və fraksiya rəhbərləri artıq “Aurus”dan istifadə edəcəklər. İndiyədək onların xidməti avtomobili “Genesis” idi.
Komitə rəhbərləri isə BMW yerinə “Lada Aura”ya minməli olacaqlar. Məlumat üçün bildirək ki, “Aura” “Vesta”nın uzun versiyasıdır və heç bir xüsusi opsiyaya malik deyil.
Əvvəllər “Ford” və “Hyundai” istifadə edən sadə deputatların xidməti avtomobilləri isə “Moskviç” olacaq.
Duma rəhbərinin hansı avtomobildən istifadə edəcəyi barədə məlumat verilmir.
Qeyd edək ki, Rusiyada məmurların xidməti avtomobilləri hər zaman müzakirə mövzusu olub. Hətta ən aşağı ranqlı məmurlar da alman avtomobillərində gəzmək istəyiblər və Ukrayna münaqişəsinədək bu istəklərinə əsasən nail olublar. Yeri gəlmişkən, Vladimir Putin özü də əvvəllər “Mercedes” sevgisini gizlətməsə də, indi “Aurus”dan istifadə edir.
Mühərriki “Porsche”, transmissiyası ZF, tormoz sistemi “Brembo”, elektronikası “Bosch” olan avtomobilin nə dərəcədə rus maşını olduğu barədə isə sosial şəbəkənin rus seqmentində müzakirələr səngimir.
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
















