Dizel mühərrikin “evini yıxan” vərdişlər

Dizel mühərrikli avtomobillər Azərbaycanda da kifayət qədər populyardır. Yanacağa qənaət məsələsinə görə bu mühərriklər çoxlarının marağına səbəb olur.
Avtosfer.az xəbər verir ki, düzgün istismar şəraitində Dizel mühərrikləri problemsiz vərdişlər formalaşmalıdır.
İlk növbədə soyuq mühərrik işə salındıqdan sonra dərhal hərəkətə başlamaq həm mühərriki, həm də transmissiyanı dağıdır. Mühərriki işə saldıqdan sonra 1-2 dəqiqə qızdıraraq sonra aşağı templə hərəkətə başlamaq lazımdır. Bu zaman turbokompressor da zərər görmür. Dizel mühərriklərinin ən müasirləri belə, kəskin sürətlənməni sevmir.
Şəhər daxilində tez-tez dayanmalar və tıxacda hərəkət də mühərrikin ömrünü qısaldır. Lakin bu, artıq həyat ormasıdır.
Dizel mühərrikin ömrünü qısaldan bir amil də keyfiyyətsiz yanacaq-sürtkü materiallarından və filtrlərsən istifadədir. Keyfiyyətsiz hava filtri turbokompressorun da işini çətinləşdirir. Dəfələrlə olub ki, hava filtri tutulduğu üçün kompressor karterdəki yağı sovuraraq yanma kamerasına ötürüb və mühərrik sıradan çıxıb.
Bəzən sürücülər “ustaların” məsləhəti ilə mühərrikin yağını çox gec – 10 min ilometr və daha böyük intervalda dəyişirlər. Bu da mühərrikin tədricən sıradan çıxması ilə nəticələnir. Doğrudur, bu intervalı istehsalçıların çoxu məsləhət görür. Lakin bu qayda tıxacsız və intensivlik az olan, mühərrikin saatlarla yerində işləmədiyi, addımbaşı tormozlamaya ehtiyac olmayan şəhərlərdə keçərlidir.
Vüqar Yaşaroğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












