Dizellə işləyən avtomobillər çox ucuz qiymətə elektromobilə çevriləcək - FOTO

Elektrik avtomobil dünyası sürətlə inkişaf edərkən, Avropa şirkətləri geridə qalmaq istəmir. “Peugeot”, “Chrysler” və “Citroen” kimi şirkətlərin sahibi olan Stellantis, başlatdığı yeni proqram çərçivəsində bəzi dizel avtomobillərini elektrikləşdirəcək.
Avtosfer.az xəbər verir ki, Stellantis 2024-cü ildən “Peugeot Expert” və “Citroen Jumpy” kimi məşhur dizel furqonlarını elektriktromobilə çevirməyi planlaşdırır.
Proqramın məqsədi yeni elektrik avtomobili ala bilməyən kiçik biznes və kommersiya operatorlarını itirməməkdir.
Avtomobil sahiblərini sıfır emissiyalı mikroavtobuslarla təmin etməyi planlaşdıran Stellantis, bu kontekstdə münasib qiymətə çevrilmələr təmin edəcəyini bildirib. Transformasiyaların 20 min avrodan ucuz olacağı təxmin edilir.
Bu proqram ilk olaraq Fransa bazarında həyata keçiriləcək. Köhnəlmiş mikroavtobuslar daha təmiz elektrik aqreqatı olan 2,0 litrlik dizel mühərrikləri ilə əvəz olunacaq .
Təfərrüatlar hələ təsdiqlənməsə də, zavod elektrik modellərinin 50 kVt/ saat və 75 kVt/saatlıq batareya paketlərindən və 134 at gücünə malik elektrik mühərrikindən istifadə edəcəyi gözlənilir.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı













