"Dodge" şirkəti "Charger" modelinin elektrik varisini nümayiş etdirib

22 dekabr 2023-cü il tarixində Kanadadakı Stellantis zavodunun konveyerindən V8 mühərrikli sonuncu Dodge Charger kupesi və Dodge Challenger sedanı çıxıb. Hələlik Challenger modelinin varisi haqqında heç bir məlumat yoxdur, lakin Charger kupesini əvəz edəcək elektromobil artıq rəsmi olaraq təqdim edilib.
Amerikan istehsalçısı 2024-cü ildə V8 mühərrikli məşhur modeli əvəz edəcək seriyaöncəsi avtomobilinin şəkillərini yayımlayıb. Bu avtomobilin Dodge Charger Daytona SRT konseptinin sadələşdirilmiş versiyası olduğunu söyləmək gərəkdir.
Seriyaöncəsi kupe, vizual olaraq, 2022-ci ilin yayında nümayiş etdirilmiş prototipdən yeni yan güzgüləri, sol arxa qanaddakı sarj portunun qapağı, bucaqlı optikası və baqajın qapağındakı spoyler ilə fərqlənir. Gözlənildiyi kimi, amerikan avtomobil istehsalçısı konveyerə gedən yolda Daytona Charger SRT prototipini sadələşdirmək üsulunu seçib.
Ancaq tarixi üçbucaqlı Fratzoq emblemi yerində qalır. Yeni modelin texniki xüsusiyyətləri barədə rəsmi məlumat yoxdur. Modelin ən azı tam elektrik versiyasının bazara çıxacağı aydındır, lakin çox güman ki, kupe hibrid güc qurğusu və benzin turbomühərriki ilə təchiz edilmiş variantları da alacaq.
Yeni Dodge kupesinin altısilindrli Hurricane mühərriki ilə təchiz ediləcəyi gözlənilir. İnsayderlərin bildirdiyinə görə, kupenin baza versiyası arxa oxda 410 at qüvvəli elektrik mühərriki quraşdırılmış arxa ötürməli elektromobil olacaq.
Onu 680 at qüvvəsi hasil edən ikimühərrikli güc qurğusuna malik olan tam ötürməli orta versiya təqib edəcək. Flaqman versiyası isə, 900 at qüvvəsinə sahib olmalıdır. Modelin kütləvi təqdimatı 2024-cü ilə planlaşdırıldığı üçün yeni Dodge kupesi haqqında ətraflı məlumat yaxın aylarda açıqlanmalıdır.
autograp.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










