Dünyada ən çox satılan avtomobil markaları - SİYAHI

Azərbaycanda istehsalı ili on ildən artıq olan avtomobillərin idxalının qadağasından sonra yeni modellərə tələb artıb. Bu yenilik atmosfer qatının mühafizəsində böyük rol oynayır. Çünki ekologiyanı çirkləndirən əsas mənbələrdən biri də havaya zərərli maddələri buraxan nəqliyyat vasitələridir. Məhz bu zərərlərin qarşısının alınması üçün dünyada elektrik mühərrikli nəqliyyat vasitələrinin istehsalı genişləndirilir. Bəs, dünyada ən çox satılan avtomobil markaları hansılardır?
Avto-mütəxəssis Bəhruz Güləli açıqlamasında dünya avtomobil bazarında bu günə qədər ən çox satış etmiş 5 avtomobil markasından danışıb.
Onun sözlərinə görə, dünyada ən çox satış etmiş avtomobil markalarından beşinci yerdə “Honda Civic” qərarlaşır: “Belə ki, bu avtomobil markası 1972-ci ildən bəri istehsal olunur və dövrümüzə qədər 20 milyondan artıq satılıb. Siyahıda dördüncü yerdə “Wolkswagen Beetle” markasıdır. Bu avtomobil modeli 1938-ci ildən bəri istehsal olunur və 21 milyondan artıq satış edə bilib. Üçüncü yer yenə “Wolkswagen”ə məxsusdur. Bu dəfə “Golf” modeli ilə 1974-cü ildən dövrümüzə qədər istehsal olunan “Wolkswagen Golf” 35 milyondan artıq satış edib. İkinci yer isə 1948-ci ildən bəri istehsal olunan “Ford F” seriyasıdır. Bu isə ABŞ-də daha çox məşhurdur və 40 milyondan artıq satış etməyi bacarıblar”.

Mütəxəssis bildirib ki, dünyada ən çox avtomobil satışını həyata keçirən “Toyota Corolla”dır: “Birinci yerdə 50 milyondan artıq satış edən, öz sinfində rəqibsiz, ekonom və güvənli “Toyota Corolla” avtomobilidir. Dünyada ən çox satılan 5 avtomobil markasının ikisi “Wolkswagen” modeli olmasına baxmayaraq, Azərbaycanda bu modeli nə üçünsə bəyənmirlər”.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana ümumilikdə 943,7 milyon dollar dəyərində 51 179 ədəd avtomobil idxal olunub. Rəsmi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5587 ədəd azalıb. Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 43,2 milyon dollar çoxdur.
(iqtisadiyyat.az)
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












