Dünyadakı avtomobillərin sayı açıqlandı

2023-cü ilin statistikasına görə dünyada avtomobil sayı 1 milyard 470 milyon ədəddir. Son 15 ildə mexanikləşmiş nəqliyyat vasitələrinin sayı 1,5 dəfə artıb. Planetin ən çox avtomobilləşmiş hissəsi Asiya və Avstraliyadır. Buradakı 543 milyon maşından 415 milyonu Çinin payına düşür. Avropada maşın sayı isə 413 milyondur. Əvvəlki onillikdə ciddi avtomobil qıtlığı yaşayan Afrikada indi maşın sayı artır. Artımın əsas səbəbi Avropadan köhnə avtomobil idxalının artmasıdır.
Avtosfer.az xəbər verir ki, Hedges&Company analitika şirkəti regionlar üzrə avtomobillərin sayı barədə statistika tərtib edib. Maraqlıdır ki, statistikada Avstraliya və Asiya birlikdə, Yaxın Şərq isə ayrı region kimi götürülüb. Statistikaya görə Asiyada 543 milyon, Şimali Amerikada 358 milyon, Cənubi Amerikada 84 milyon, Yaxın şərqdə 50 milyon, Afrikada isə 26 milyon avtomobil mövcuddur.
Ən az nəqliyyat vasitəsi Antarktidadadır. Burada cəmi 50 xüsusi təyinatlı nəqliyyat vasitəsi var.
Avtomobil sayının əhali sayına nisbətində isə Asiya Şimali Amerikaya ciddi şəkildə uduzur. Əgər Şimali Amerikada hər min nəfərə 710 maşınla birinci sıradadırsa, Asiya 140 texnika ilə beşinci yerdə qərarlaşır. Səbəb Asiyada əhali say çoxluğudur. Adambaşına avtomobil miqdarında ikinci yeri 520 maşınla Avropa, üçüncü yeri 210 maşınla Cənubi Amerika tutur. Yaxın Şərq isə 190 texnika ilə dördüncü yerdə qərarlaşır. Afrikada hər min adama cəmi 58 maşın düşür.
Keçmiş SSRİ respublikaları arasında avtomobil sayına görə Estoniya liderlik edir. Bu ölkədə min nəfərə 821maşın düşür. Bir sözlə, bu Baltikyanı respublika ötən 60 ildən çoxdur avtomobilləşmiş ölkə statusunu əldən vermir. Paytaxt Tallində nəqliyyat sıxlığını azaltmaq üçün 3 ildir ictimai nəqliyyat pulsuzdur.
Vüqar
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO








