Dünyanın ən dəbdəbəli portativ şarj stansiyası: “Koenigsegg Envera” təqdim edildi

Yollarda elektromobillərin sayı artdıqca, şəxsi istifadə üçün hazırlanmış enerji doldurma məntəqələrinəehtiyac da artır.
Avtosfer.az xəbər verir ki, “Koenigsegg” brendi üçün nəzərdə tutulmuş “Envera” yüksək performanslı avtomobillər üçün portativ akkumulyator doldurma stansiyası təklif edir.
“Envera” gücünü və dizaynını “Koenigsegg Agera”dan alır və aerodinamik xətləri ilə diqqət çəkir. 7,2 kVt güc təmin edə bilən bu portativ doldurma stansiyası 100 – 400 volt AC gərginlik uyğunluğuna və həm Tip 1 , həm də Tip 2 AC doldurma portlarına malikdir. Əlavə olaraq DC sürətli şarj adapteri də əlavə edilib. “Koenigsegg Envera” həddindən artıq cərəyan, həddindən artıq gərginlik, qısaqapanma və torpaq nasazlığından qorunma kimi təhlükəsizlik tədbirlərinə malikdir. Bundan əlavə, cihaz həddindən artıq qızdıqda avtomatik olaraq sönür.
Qeyd edək ki, bu doldurma stansiyası təkcə “Koenigsegg” superkarlarını deyil, digər markaların elektrik avtomobillərini də enerji ilə doldura bilər.
Məhəbbət Tərlanoğlu
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












