Dünyanın ən etibarlı ikinci əl avtomobili - Mexanik AÇIQLADI

Britaniyalı mexanik Pol Lukas 20 yaşlı “Ford Focus Mk1” modelini işlənmiş avtomobillər arasında ən etibarlı adlandırıb.
Avtosfer.az xəbər verir ki, onun fikrincə, bu modeli təkrar bazarda faktiki olaraq ölməz edən dizaynın sadəliyi və artıq elektronikanın olmamasıdır.
Paul deyir ki, o, “Focus”u 15 il əvvəl alıb və heç vaxt onu ruhdan salmayıb. O, avtomobilin elektron xüsusiyyətlərin bolluğu deyil, etibarlılığın prioritet olduğu bir dövrdə hazırlandığını qeyd edib. Mühərriki düymə ilə deyil, adi açarla işə salmaq imkanını xüsusilə dəyərləndirdiyini vurğulayıb.
Mütəxəssis əmindir ki, 1,6 litrlik benzin mühərrikli birinci nəsil “Ford Focus” zamanla sınaqdan keçirilmiş avtomobil axtaranlar üçün yaxşı investisiyadır.
Qeyd olunur ki, Lukas işlənmiş avtomobillərin seçimini müdafiə edən yeganə mütəxəssis deyil. Yaşayış xərclərinin artması fonunda getdikcə daha çox insan yeni avtomobillər əvəzinə işlənmiş avtomobil almağa üstünlük verir. Eyni zamanda, işlənmiş elektromobillərə maraq da artır, baxmayaraq ki, alıcılar hələ də akkumulyatorların vəziyyətindən narahatdırlar.(Lent.az)
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












