Dünyanın ən yaxşı avtomobil brendləri hansılardır... - SİYAHI

“Interbrand” brendinq-konsaltinq agentliyi 2023-cü il üzrə dünyanın ən yaxşı brendlərinin reytinqini dərc edib.
Avtosfer.az xəbər verir ki, ilk 10-luğa 3 avtomobil markası daxil olub.
Bunlar altıncı yerdə "Toyota", yeddinci yerə yüksələn "Mercedes-Benz" ilk onluğu qapayan "BMW"dir. Reytinqə həmçinin "Tesla" (12-ci yer), "Honda" (27-ci yer), "Hyundai" (32-ci yer), "Audi" (45-ci yer) kimi avtomobil markaları daxil edilib.
"Porsche" (47-ci yer), "Volkswagen" (50-ci yer), "Ford" (51-ci yer), "Nissan" (63-cü yer), "Ferrari" (70-ci yer), "KIA" (88-ci yer) da siyahıdadır. Agentlik bildirib ki, builki reytinq dünyanın ən yaxşı 100 brendindən bir çoxunun durğunluqda olduğunu göstərir.
Cədvəldəki ümumi marka dəyərinin artım tempi 2022-ci ildəki güclü artımdan sonra kəskin şəkildə yavaşlayıb. Analitiklər hesab edirlər ki, yavaşlama artım təfəkkürünün olmaması, zəif brend liderliyi və zəif brend proqnozlaşdırılması ilə bağlıdır.
Reytinq və "Mercedes-Benz" brendinin oradakı yerini markanın kommunikasiyalar və marketinq üzrə vitse-prezidenti Bettina Fetzer belə şərh edib:
“Brendimizin dəyərinin artırılması bütün "Mercedes-Benz" komandasının birinci dərəcəli nailiyyətidir. Biz hamımız çox fəxr edirik. Nəticə bizim üçün həm təsdiq, həm də motivasiyadır ki, biz dünyanın ən arzuolunan avtomobillərini yaratmaq məqsədi ilə gələcəyi formalaşdırmaq üçün daim brend irsimiz üzərində qururuq”.
Qeyd edək ki, "Interbrand" 1999-cu ildən bəri dünyanın ən dəyərli brendlərini araşdırır və təhlil edir. İlk 100-lük üçün bütün namizədlər 3 meyar əsasında nəzərdən keçirilir: “Brendin məhsul və ya xidmətlərinin maliyyə göstəriciləri”, “Satınalma qərarları prosesində brendin rolu” və “Brendin gələcək qazancı ilə bağlı gücü”.
Agentlik qiymətləndirmə meyarlarını təyin edən və brendlərin dəqiq monetar təsnifatı üçün tələblərə cavab verən beynəlxalq standart olan ISO 10668-ə uyğun olaraq sertifikatlaşdırılmış brend qiymətləndirmə metodunu işləyib hazırlayan ilk şirkət olub.
Modern.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












