Əhalinin yarısı elektrik tanımır, hökumət elektromobili təşviq edir

Efiopiya höküməti ilin əvvəlindən ölkəyə daxiliyanma mühərrikli avtomobil gətirilməsini qadağan edib. Qərar bir neçə aydır tam tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bu həftədən etibarən hüquqi şəxslərlə paralel olaraq vətəndaşlar da elektromobil idxal edə bilər. Lakin məsələnin başqa tərəfləri də var.
Ölkədə doldurma infrastrukturu yoxdur. Əhali elektromobili ev şəbəkəsinə qoşur. Lakin paytaxt da daxil olmaqla ölkənin heç bir yerində fasiləsiz elektrik təminatı yoxdur. Ölkə əhalisinin 50%-i ümumiyyətlə elektrikin nə olduğunu bilmir. Bu vəziyyət taksi sürücülərinin işini daha çox çətinə salır. Onlar saatlarla boş dayanmağa məcburdurlar.
Hökumət elektromobili təşviq etməkdə məqsədinin ekologiyanı qorumaq olduğunu bildirsə də, müstəqil ekspertlər başqa cür düşünürlər. Onların fikrincə, Nil çayı üzərində tikilməkdə olan SES-in fəaliyyətə başlamasından sonra yaranacaq enerji artığını satmağın əsas yolu elektromobildir. Həm də bu yolla benzin idxalını azaltmaq mümkündür.
Lakin yanacaqla işləyən avtomobillərin sürücülərinin də işinin rəvan getdiyini demək doöğru olmaz. Paytaxt Əddis-Əbəbədə yanacaq doldurmaq üçün azı 2 saat gözləmək lazım gəlir.
Vüqar
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR













