Ekstremal "BMW M4 CSL" kupesinin ilk tizerləri dərc edilib
BMW şirkəti M4 modelinin yeni hardkor modifikasiyasının ilk şəkillərini dərc edib. Hardkor versya Coupe Sport Lightweight (“Yüngül İdman Kupesi”) kimi açıqlanan CSL indeksini alacaqdır. M4 CSL kupesi adi modeldən gücləndirilmiş mühərriki, daha aqressiv görünüşü və yüngül kuzovu ilə fərqlənəcəkdir. Yeni ekstremal kupenin debütü mayın 20-dən 22-dək İtaliyada keçiriləcək Concorso d'Eleganza tədbiri çərçivəsində baş tutmalıdır.
Hələlik modelin texniki xüsusiyyətləri barədə heç bir məlumat yoxdur - bavariyalılar istənlən detalı gizli saxlayırlar. Aqressiv modifikasiyanın çəkisinin 100 kiloqram azalacağı gözlənilir. Yəqin ki, bu nəticə tam ötürmə sistemindən və arxa divandan imtina, habelə ön oturacaqların yüngülləşdirlmiş karkası hesabına əldə olunacaqdır.
Zahiri cəhətdən BMW M4 CSL modeli ön bamperdəki hava girişlərinin forması, daha nəzərəçarpan splitteri, radiator barmaqlığındakı Y-şəkilli elementlər, geniş yan “ətəklər”, baqaj qapağındakı spoyler, yarış avtomobllərində olduğu kmi sarı rəngli gündüz hərəkət işıqları, arxa fənərlərin xüsusi naxışı və “dördlüləli” buraxılış başqa konfiqurasiyası ilə seçiləcəkdir.
3,0-litrlik sıralı altısilindrli tvin-turbo mühərrkinin gücünün 510-dan 550 at qüvvəsinə qədər artırılması planlaşdırılır. Beləliklə, CSL indeksli modifikasiya M4 Competition versiyasından təxminən 10% daha məhsuldar olacaqdır. Bu mühərrik təkmilləşdirilmiş səkkiz pilləli “avtomat” ilə tandemdə çalışacaqdır.
Qeyri-rəsmi məlumatlara görə, BMW M4 CSL modelinin tirajı 2022-ci ilin iyulundan 2023-cü ilin fevralına qədər yığılacaq 1000 nüsxə ilə məhdudlaşdırılacaqdır. Bundan sonra növbə texniki cəhətdən yaxın olan M3 CS sedanının gəlib çatacaqdır. Bundan əlavə, güclü, lakin o qədər də yüngül olmayan M4 CS modelinin buraxılacağı da istisna edilmir.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










