Elektrikli avtomobillər evi qızdıra bilərmi? - ARAŞDIRMA

“Tesla” və Çin şirkətləri elektrik avtomobillərinin transformasiyasında rəqabətə davam edirlər. Lakin bu mövzuda geridə qalmaq istəməyən “Ford” şirkəti fərqli addım atıb. Evdə elektriklə işləyən avtomobillərə enerji doldurula bilir. Amma bunun əksi mümkündürmü?
Avtosfer.az xəbər verir ki, “Ford” bu texnologiya üçün mühüm tərəfdaşlıq qurub. Elektrik avtomobili ilə evi qızdırmaq və soyutmaq mümkün olacaq.
Bəzi ölkələrdə ağıllı termostatdan olduqca çox istifadə olunur. Bu mənada “Ford” və ağıllı termostat istehsalçısı “Resideo” əhəmiyyətli bir əməkdaşlıq qurub. Razılığa əsasən, elektrik avtomobilləri evlərin isitilməsi və soyudulması üçün enerji ötürə biləcək.
Bu addımla avtomobil istehsalçısı elektrikli avtomobil satışlarına müsbət təsir göstərməyə çalışır.
Yeni texnologiyaya digər şirkətlərin də üz tutma ehtimalı var. Evin istiləşməsi üçün elektrik avtomobilindən istifadə xüsusilə elektrik enerjisinin kəsilməsi kimi fövqəladə hallarda faydalı olacaq.
“Ford” və “Resideo” “V2H” adlı ikitərəfli enerji ötürülməsi üçün sınaqlara başlayıblar. Bu sınaqlarda “Ford F-150” elektrik yük maşınının ikitərəfli elektrik ötürücü infrastrukturundan istifadə edilir. Sınaqların 2024-cü ilin birinci yarısında başa çatacağı gözlənilir.
Qeyd edək ki, elektrikli nəqliyyat vasitələrinin və enerji stansiyalarının sayının hələ də az olması batareyaların enerjini daha çox saxlamasının vacibliyini daha da artırır. Bu mənada görünən odur ki, sürücünü elektrik maşını ilə evini qızdırmağa razı salmaq o qədər də asan olmayacaq. Yenə də bu yenilik texnologiyanın gələcəyi üçün vacibdir.
Məhəbbət Tərlanoğlu
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










